Murovdağ yüksəkliyi uğrunda döyüşlərdə şəhidlik məqamına yüksələn cəsur əsgər
12.11.2021 [17:50]
Xəbərin mətni
Bir il öncə - Vətən müharibəsində Murovdağın azad edilməsi uğrunda canlarından keçən igidlərimizdən biri də 21 yaşlı qəhrəmanımız Gündüz Abdullayevdir.AZƏRTAC xəbər verir ki, Gündüz Abdullayev 22 il əvvəl Biləsuvarın Zəhmətabad kəndində zəhmətkeş, kasıb ailədə dünyaya gəlib. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olan Gündüz gələcəkdə də bu sahədə işləməyi qərara alıb.