Vətən müharibəsi şəhidi Şahin Hüseynlinin anım günündə bulaq istifadəyə verilib
12.11.2021 [18:58]
Xəbərin mətni
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Şahin Hüseynlinin xatirəsi anılıb. Şəhidin anım günündə bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günü tədbirində şəhidin ailəsi, döyüşçü yoldaşları, məktəblilər, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Öncə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.