MƏDƏNİYYƏT


Azərbaycan filmləri birinci “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub

Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya “Şərəf mükafatı” təqdim olunub.