CƏMİYYƏT


Xaçmazda Axıska türklərinin sürgün olunmasının 77-ci ildönümü qeyd edilib

Noyabrın 13-də Xaçmazda Axıska türklərinin sürgün olunmasının 77-ci ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Axıska türkü olan xaçmazlı rəssam Canpolad Qəhrəmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidə axıska türklərinin sürgün olunmasını təsvir edən 20-yə yaxın əsər nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır