Ucarda yol qəzası baş verib
15.11.2021 [18:30]
Xəbərin mətni
Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı 90EG088 nömrəli avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.