Quba, Qusar və Xızı rayonlarına qar yağıb
16.11.2021 [17:29]
Xəbərin mətni
Noyabrın 16-sı səhər saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qarın hündürlüyü Qubanın mərkəzində 1, Xınalıq və Qrız kəndlərində isə 5 santimetrdir.