CƏMİYYƏT


Şəhid əsgər Elçin Əliyev Şirvanda dəfn edilib

Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər Elçin Əliyevlə Şirvan şəhərində vida mərasimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əliyev Elçin Ramil oğlunun üçrəngli bayrağımıza bükülmüş nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib. Şəhidin nəşi izdihamla qarşılanıb.