CƏMİYYƏT


İmişlidə şəhid baş leytenant Cavid Səfərlinin xatirəsi anılıb

Baş leytenant Cavid Səfərlinin şəhidlik məqamına yüksəlməsindən bir il ötür. Bu münasibətlə şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Səfərli Cavid Xaliq oğlunun ildönümü izdihamla qeyd edilib. Anım günündə şəhidin ailəsi ilə bərabər rayon rəsmiləri, idarə və müəssisə əməkdaşları, şəhidin hərbçi yoldaşları, məktəblilər və sakinlər iştirak ediblər.