Rusiyalı ekspertlər Ağdamda erməni vandalizminin şahidi olublar
20.11.2021 [17:51]
Xəbərin mətni
Azərbaycan-Rusiya Ekspert Şurasının rusiyalı nümayəndə heyəti Ağdam şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü günündə - noyabrın 20-də Ağdama səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azad olunan torpaqlarımızla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində rusiyalı ekspertlər İmarət kompleksi, Çörək muzeyi, Şəhidlər xiyabanı, Dram teatrı və Cümə məscidində erməni vandalizmi ilə tanış olublar.