CƏMİYYƏT


Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, vətəndaş Məcid Fərzəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə şəhər ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.