Yasamal rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
22.11.2021 [16:41]
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutlaraq istintaqa təqdim edilib. Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əmədaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılıb. Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.