Kartdan oğurladıqları 27 min dolları ödənişli virtual oyunlara xərcləyən “gamer”lər müəyyənləşiblər
22.11.2021 [17:53]
Xəbərin mətni
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təqdim ediliblər.