Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gender əsaslı ayrı-seçkilik iş həyatında da peşəkar yanaşma deyil

22.11.2021 [18:38]

Xəbərin mətni

Milli qanunvericilik gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmaları özündə əks etdirir. Əmək və məşğulluq sahəsində də qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir. Belə hala yol verən işəgötürən isə buna görə qanunla məsuliyyət daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təqdim edilən yeni videoçarx həmin aktual mövzuya həsr edilib.