Tovuzda yük maşını aşıb, sürücü xəsarət alıb
22.11.2021 [19:03]
Xəbərin mətni
Hadisə Bakı-Qazax magistral yolunun 445-ci kilometrliyində, rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “DAF” markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı yük maşınının sürücüsü, Türkiyə vətəndaşı Şəmistan Yılmaz xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.