CƏMİYYƏT


Arzusu hərbi rütbə almaq idi, amma ali məqama yüksəldi

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid İbrahim Cəbrayıllıdır. İki bacının tək qardaşı olan İbrahim ötən il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, İbrahim 1999-cu ildə Zərdab rayonunun Məlikumudlu kəndində dünyaya gəlib. Vətənə, xalqa, torpağa olan sevgisi onun peşəkar hərbçi kimi yetişməsinə səbəb olub. Məhəmməd Füzuli adına kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. Müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət edən çavuş İbrahim Cəbrayıllı Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib.