CƏMİYYƏT


Xarkov şəhər sakinlərinə doğma olan “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” küçələri

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov sakinləri və qonaqları üçün “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” adları yad deyil. Bu adlarla Xarkov sakinləri və qonaqları gündəlik rastlaşırlar. Çünki şəhərin görməli yerlərində “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” küçələri mövcuddur.
AZƏRTAC xəbər verir ki, Xarkovun tarixi Kaçanovka rayonu ərazisində yerləşən “Azərbaycan” küçəsinin uzunluğu 700 metrdir. “Azərbaycan” küçəsinə bitişik məhəllələrdə əsasən müxtəlif hündürmərtəbəli yaşayış binaları var. Küçənin özü isə əsasən həyət evləri ilə əhatə olunub.