Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adı verilən məktəbdə xatirəsi anılıb
23.11.2021 [18:50]
Xəbərin mətni
Noyabrın 23-də Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adını daşıyan Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən anım mərasimində şəhidin adının qeyd olunduğu giriş lövhəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müəllim və şagird kollektivi iştirak ediblər.