Qubada oğurluq edən şəxslərin üzərindən narkotik aşkarlandı
24.11.2021 [18:27]
Xəbərin mətni
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Xəyyam Mirişov, Sumqayıt şəhər sakinləri Həsənalı Piriyev, Şamxal Köçərli və Salyan rayon sakini Emin Muradov saxlanılıblar.