Xaçmazda şəhid Davud Hacıyevin xatirəsi anılıb
26.11.2021 [14:15]
Xəbərin mətni
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Davud Hacıyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın Xaçmazda məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.