CƏMİYYƏT


Ağacəkmə kampaniyası davam edir

Bu gün növbəti dəfə genişmiqyaslı ağacəkmə tədbiri keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” ağacəkmə kampaniyasına digər qurumların əməkdaşları da qoşulub.
“Yaşıl marafon”da Ekologiya və Təbii Sərvətlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirak etdiyi aksiya zamanı Bakının Xocəsən qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 2500-dən çox müxtəlif cinsli ağac əkilib.