CƏMİYYƏT


Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.AZƏRTAC xəbər verir ki, hadisə rayonun girişində yerləşən Olimpiya Kompleksinin qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev ölüb.