Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb

30.11.2021 [11:36]

Xəbərin mətni

Noyabrın 30-u səhər saatlarında Xaçmaz şəhərindəki yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı yük avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yük avtomobilin kabinəsində başlayan yanğın nəticəsində sürücü, Xaçmaz rayonunun Şıxlı kənd sakini 1962-ci il təvəllüdlü Şeydayev Əmrah Qəhraman oğlu və Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehdiyev Nofəl Bəhmən oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI