MƏDƏNİYYƏT


Oxumağı və yazmağı bilməsə də, əl işləri ilə hamının təəccübünə səbəb olur

Aruz Mirzəyevin 32 yaşı var. Şəmkir şəhər sakini olan Aruz səhhətindəki problem səbəbindən nə orta məktəbə gedə bilib, nə də hər hansı təhsil alıb.AZƏRTAC xəbər verir ki, təhsil ala bilməsə də, Aruz Mirzəyev palçıqdan, daşdan, qumdan, kibrit çöplərindən və digər materiallardan bir-birindən maraqlı əl işləri yaradır. O, qarşısına məqsəd də qoyub. Əl işləri ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir.