CƏMİYYƏT


DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, vida mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb.