CƏMİYYƏT


Kürdəmirdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə polis şöbəsinin rəisi, polis polkovniki Arzu Rzayev çıxış edərək, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən uşaq hüquq və azadlıqlarının təmin olunması üzrə görülən işlərdən danışıb.