CƏMİYYƏT


Polkovnik-leytenant Emil Cəfərov: Helikopter “Qaraheybət” aviasiya poliqonuna çatıb eniş etdiyi anda qəzaya uğradı

Qəzanın baş verdiyi gün - noyabrın 30-da məqsədimiz planlaşdırılmış praktiki - məşq uçuşlarını yerinə yetirmək idi.Bunun üçün birinci mərhələdə Səngəçal aerodromundan qalxıb “Qaraheybət” aviasiya poliqonuna enişi yerinə yetirməli idik. Yerüstü heyət, yəni, uçuşların idarəedilməsi qrupu, rabitə növbətçiləri, həkimlər enişdən sonra öz yerlərini tutmalı və ardınca atışlar başlamalı idi.AZƏRTAC xəbər verir ki, bunu noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçu, polkovnik-leytenant Emil Cəfərov AZƏRTAC-a müsahibəsində deyib.