RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.AZƏRTAC xəbər verir ki, Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.