CƏMİYYƏT


Qubada 80 yerlik modul tipli məktəb yanıb

Quba rayonunun Zıxır kəndində modul tipli məktəbdə yanğın olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 1-i gecə saatlarında baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə veriləm modul məktəb tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.İlkin ehtimala görə yanğın qısaqapanma səbəbindən baş verib.Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.Qubanın Rük inzibati ərazi dairəsinə aid olan Zıxır kəndi rayon məkəzindən 40 kilometr məsafədə yerləşir.