CƏMİYYƏT


Yüz bir yaşlı Meynas nənənin 10 övlad, 35 nəvə, 78 nəticə və 11 kötükcədən ibarət mehriban ailəsi

Yüz bir yaşlı Meynas Maqsudova 10 övlad, 35 nəvə, 78 nəticə və 11 kötükcədən ibarət mehriban ailənin sevgisi ilə əhatə olunub. Bütün ömrünü övladlarına həsr edən Meynas nənə Şabran rayonunun ən yaşlı sakinidir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1920-ci il iyulun 1-i Şabranın Yuxarı Əmirxanlı kəndində dünyaya göz açan Meynas Maqsudova hələ uşaq ikən valideynləri dünyasını dəyişib.