CƏMİYYƏT


Gömrükçülər 137 kiloqramdan artıq narkotik vasitə - heroin aşkarlayıb

Gömrükçülər külli miqdarda - 137 kiloqramdan artıq heroin aşkar edib.Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkarlanıb. Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Qazaxıstana “DAF” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.