CƏMİYYƏT


FHN-n həyata keçirdiyi minatəmizləmə əməliyyatları ilə tanışlıq məqsədilə Ağdam rayonuna media-tur təşkil olunub

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən işlərlə tanışlıq üçün Ağdam rayonunun Maqsudlu kəndinə media-tur təşkil edilib.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, media-turun məqsədi bu ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi sahəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən görülən işlərin işıqlandırılmasıdır.