CƏMİYYƏT


Yarım qalan arzu və xəyallar yenidən gerçəkləşəcək – Zəngilandan reportaj

27 ildən sonra doğma yurdları Zəngilana ayaq basan Cavadlı qardaşlarının sevinci yerə-göyə sığmırdı. Onlar uzun illər yurd həsrəti çəksələr də, bu gün öz torpaqlarına sevinc göz yaşları ilə qayıtdılar. Ancaq Zəngilanda evlərini tapmaqda çətinlik çəkdilər. Səbəb isə həmin yerlərin erməni vəhşiliyi nəticəsində xarabalığa çevrilməsidir. Bir vaxtlar abad Zəngilandan indi geriyə dağılmış, kol-kos basmış yurd yeri qalıb...AZƏRTAC-ın bölgə müxbiri Mahir və Salam qardaşları ilə birlikdə Zəngilanda olub, onların təəssüratlarını qələmə alıb.