Qusarda yanğın zamanı ev sahibi ölüb
04.12.2021 [16:08]
Xəbərin mətni
Qusar rayonunda ev yanıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Babayev Əşrəf Əmirağa oğluna məxsus ev tamamilə yanıb. Yanğın zamanı evdə olan Ə.Babayev də yanaraq ölüb.Faktla bağlı araşdırmalar aparılır.