CƏMİYYƏT


Jurnalistlər Füzuli-Zəngilan avtomobil yolunda minatəmizləmə əməliyyatı ilə tanış olublar

İşğaldan azad olunan ərazilərdə mina və partlamamış silah-sursatların təmizlənməsi məqsədilə ANAMA tərəfindən plana uyğun olaraq işlər aparılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ANAMA və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi növbəti mediatur çərçivəsində Füzuli-Zəngilan avtomobil yolunun Cəbrayıl rayonundan keçən hissəsində minatəmizləmə əməliyyatı izlənilib.