SİYASƏT


Şəhid Elvin Kazımovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Tarixi ərazilərimizin işğaldan azad olunması uğrunda canından keçən şəhid kapitan Elvin Kazımovun xatirəsinə ehtiram məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.