MƏDƏNİYYƏT


Tallində Beynəlxalq Milad Xeyriyyə Bazarında ölkəmiz milli stend ilə təmsil olunub

Tallin şəhərində ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarı təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbir Tallin Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə reallaşıb.Tədbirdə əsasən Estoniyada akkreditə edilmiş diplomatik nümayəndəliklər iştirak ediblər.Azərbaycanın Estoniyadakı Səfirliyinin dəstəyi ilə ölkəmiz tədbirdə milli stend ilə təmsil olunub.