CƏMİYYƏT


Sosial şəbəkələrdə tanış olduqları şəxslərə qarşı quldurluq edən və onların şəxsiyyətlərini alçaldan dəstə üzvləri tutulub

Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı noyabrın 26-da polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat məbləğində pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.