CƏMİYYƏT


Suraxanı rayonunda son 15 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində həyata keçirdikləri əməliyyatlar zamanı 6 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkar edilib.