CƏMİYYƏT


35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib

Postmüharibə dövründə 35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib. Bunların əsas hissəsini sosial ödənişlər təşkil edir.AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, həmin kateqoriyadan olan 10 mindən çox şəxsə 20 mindən çox sosial ödəniş təyin olunub. Burada da əsas yeri şəhid hərbi qulluqçuların ailə üzvləri təşkil edirlər.