CƏMİYYƏT


Hazırda “Məşğulluq” altsistemində 14 min aktiv vakansiya var

Bu ilin avqust ayında "Məşğulluq marafonu" elan olunub. İndiyədək 600-ə yaxın işəgötürən proqrama qoşulub və 3760-dən çox vakansiya elan edilib. İndiyədək 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib: "Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək “Məşğulluq” marafonu ilə yox, həm də özünüməşğulluq proqramları ilə əhatə olunublar. 6 mindən çox ailə özünüməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə, 8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub və bu proses davam edəcək.AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda jurnalistlərə verdiyi müsahibədə deyib.