Xaçmazda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
09.12.2021 [17:10]
Xəbərin mətni
Xaçmazda Vətən müharibəsi şəhidləri Kərəm Veyisov və Elşən Ağasıyevin ailələri ziyarət olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri ilə görüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən, qəhrəman oğullarımızın torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdikləri şücaətdən danışılıb.