CƏMİYYƏT


Yevlaxda ümumşəhər iməciliyi: “Təmiz şəhərdə Yeni ili qarşılayaq”

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni il ərəfəsində ümumşəhər iməciliyi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 11-də səhər saatlarından etibarən şəhərdə kommunal və digər qurumların iştirakı ilə genişmiqyaslı sanitar tədbirlər keçirilib. Gün ərzində prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, məhəccərlər, vitrin və reklam lövhələri yuyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı, şəhər sakinləri də yaxından iştirak ediblər.