Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 3 kiloqram narkotik maddə aşkar edilib
11.12.2021 [14:48]
Xəbərin mətni
Səbail Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin, narkotiklərlə mübarizə və 8-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim olunub.