Mingəçevirdə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
12.12.2021 [12:15]
Xəbərin mətni
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Ülvi Dadaşzadənin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.