Ulu öndər Heydər Əliyevin xatirəsi Yevlaxda dərin hörmət və ehtiramla anılıb
12.12.2021 [17:02]
Xəbərin mətni
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının on səkkizinci ildönümü ilə əlaqədar dekabrın 12-də yevlaxlılar şəhərin baş meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.