Paytaxtın Nizami rayonunda növbəti abad həyət istifadəyə verilib
14.12.2021 [14:16]
Xəbərin mətni
Dekabrın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Naxçıvanski küçəsi 78, 80, 86, 94, 94A, 94B ünvanında 1500 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.