Azərbaycanda ağ neftlə işləyən ilk çıraq Salyandadır
16.12.2021 [12:41]
Xəbərin mətni
Salyan şəhərindəki məscidlərin birində yaşı 150 ildən çox olan nadir çıraq saxlanılır. Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, çıraqdan təkcə işıqlandırmada deyil, həm də istilik mənbəyi kimi istifadə edilib.
AZƏRTAC xəbər verir ki, Salyan şəhərinin mərkəzində, Mirəşrəf Ağa məscidində saxlanılan qədim çıraq bu gün də onu görənlərin marağına səbəb olur. Tarixçilər bildirirlər ki, Azərbaycanda yalnız iki belə çıraq olub.