Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda növbəti abad həyət sakinlərin istifadəsinə verilib

16.12.2021 [12:57]

Xəbərin mətni

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması işləri uğurla davam etdirilir. AZƏRTAC xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsinə Hüseyn Seyidzadə küçəsi 11, 13 və 20 Yanvar küçəsi15 saylı binalar da daxil edilib. Sözügedən ərazidə yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.