CƏMİYYƏT


Füzulidə dörd sinfə Vətən müharibəsi şəhidlərinin adları verilib

Füzulidə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Növbəti dəfə rayonun Böyük Bəhmənli kəndində dörd sinfə Vətən müharibəsi şəhidlərinin adları verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonu Böyük Bəhmənli kənd şəhid Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbində Vətən müharibəsi şəhidləri Əliyev Şamil Xançoban oğlu, Süleymanov Elçin Tehran oğlu, Qubatov Tural Firəddin oğlu, Talıbov Məhəmməd Aydın oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə sinif otaqlarına adları verilib.