CƏMİYYƏT
Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb
22.12.2021 [09:49]
Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
29.06.2022 [12:16]
27.06.2022 [15:17]
29.06.2022 [10:48]
28.06.2022 [11:31]
08.06.2022 [16:56]
08.06.2022 [13:26]
23.06.2022 [14:55]
28.06.2022 [15:47]
28.06.2022 [14:34]
29.06.2022 [13:22]
29.06.2022 [13:19]